Nadir Abbasovun da Beynəlxalq Bankdan külli miqdarda kredit götürdüyü bildirilir
Baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun qardaşı Nadir Abbasovun da adı da Beynəlxalq Bankla bağlı “kredit qalmaqalı”nda hallanır. Bu barədə “Azadlıq”a daxil olan məlumata görə, artıq Nadir Abbasov bu məsələ ilə bağlı DIN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinə aparılıb. Onun həbsi barədə qərar verilib-verilmədiyi dəqiq bilinmir. Məlumatda deyilir ki, Nadir Abbasovun da Beynəlxalq Bankdan külli miqdarda kredit götürdüyü iddia olunur. Məlumatı nə DİN, nə də Abbasovlarla dəqiqləşdirmək mümkün olub.


Şərhlər