Menu

Azərbaycana gəldiyi deyilən pinqvin tapıldı

18.06.2015, 20:04
Azərbaycana gəldiyi deyilən pinqvin tapıldı

Dərhal əraziyə cəlb olunan xüsusi xidmət əməkdaşları pinqvini yenidən zooparka təhvil veriblər

Tiflis zooparkından qaçan pinqvin tapılıb.

ANS PRESS-in Rusiya mətbuatına istinadən məlumatına görə, Tiflisdə yanacaqdoldurma məntəqələrindən birinin əməkdaşı daşqın nəticəsində zooparkdan qaçmış Afrika pinqvinini tapıb.

Dərhal əraziyə cəlb olunan xüsusi xidmət əməkdaşları pinqvini yenidən zooparka təhvil veriblər.

Daha əvvəl verilmiş məlumata görə, pinqvin Azərbaycan-Gürcüstan sərhədindəki çayda peyda olmuşdu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol