Menu

Danimarka: müxalif sağ-mərkəzçilər qalib gəldi

19.06.2015, 12:11
Danimarka: müxalif sağ-mərkəzçilər qalib gəldi

Danimarkada parlament seçkilərində müxalif sağmərkəzçi koalisiya sabiq baş nazir Lars Lokke Rasmussenin rəhbərliyi ilə parlament seçkilərində qalib gəlib.

Parlamentdə ən böyük partiya kimi cari baş nazirin Helle Thorning-Schmidtin sosial-demokrat partiyası qalsa da, bu partiyanı idarə edən sol-mərkəzçi koalisiya səslərin çoxunu itirib.

Müxalifət, Daminarkanın materik hissəsində bülletenlərin 100 faizinin hesablanması nəticələrinə görə, seçicilərin 52.6 faizinin səsini toplayıb və parlamentdə 90 mandat yerini qazanıb. Sol-mərkəzçilər isə 85 yerlə kifayətlənməli olub.

Ölkənin avtonom hissələrində, Qrenlandiya və Farer adalarında isə səslərin hesablanması davam edir.

Bu ərazilərdən parlamentə dörd deputat seçiləcək. /BBC

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol