Menu

Ermənilər Qarabağı yandırırlar - Fotolar

19.06.2015, 14:03
Ermənilər Qarabağı yandırırlar - Fotolar

Fəallar meşə zolağında baş verən yanğınların şəkillərini çəkərək sosial şəbəkəyə yerləşdiriblər

Ermənistan ordusu işğal etdiyi Zəngilan və Cəbrayıl rayonlarında meşələrə od vurublar. Anspress-in məlumatına görə, bu barədə sosial şəbəkədə İran Azərbaycanının Xudafərin rayonundan olan fəallar məlumat yayıblar. Fəallar Arazın şimal sahillərində baş verən yanğınların şəkillərini çəkərək sosial şəbəkəyə yerləşdiriblər.

Yayılan məlumatda deyilir ki, əsasən Araz qırağında olan meşə zolağı yandırılır. Meşə zolağı Havuslu, Xudafərin, Xələfli və Qumlaq kəndlərinin ərazisinə düşür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol