Menu

Bakı-2015 Avropa Oyunlarında yarışların 9-cu günü başladı

20.06.2015, 09:40
Bakı-2015 Avropa Oyunlarında yarışların 9-cu günü başladı

Bakı-2015 Avropa Oyunları çərçivəsində yarışların 9-cu günü başlayıb.

Trend-in məlumatına görə, bu gün kamandan oxatma, çimərlik voleybolu, boks, şose velosipedi, suya tullanma, idman gimnastikası, atıcılıq, voleybol və su polosu üzrə yarışlar keçiriləcək.

Oyunların 9-cu günü çərçivəsində 18 dəst medal oynanılacaq: 1-i su polosu, 3-ü atıcılıq, 10-u idman gimnastikası, 2-si suya tullanma, 1-i şose velosipedi idmanı, 1-i isə çimərlik voleybolunda.

Azərbaycan idmançıları gün ərzində kamandan oxatma, boks, idman gimnastikası, şose velosipedi və suya tulanma yarışlarında qüvvələrini sınayacaqlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol