Menu

«Çinlə hamı dostluq etmək istəyir» - PUTİN

20.06.2015, 12:37
«Çinlə hamı dostluq etmək istəyir» - PUTİN

Bütün dünya Çinlə əməkdaşlıq etmək istəyir, çünki bu ölkə «dünyanın ən çox böyüyən iqtisadiyyatıdır». «Rosbalt»ın yaydığı məlumata görə, bu fikri Peterburq beynəlxalq iqtisadi forumunda (PBİF-2015) Rusiya prezidenti Vladimir Putin səsləndirib.

Onun sözlərinə görə, «ABŞ özü də Çin tərəfə baxır, Avropa da onunla münasibətləri inkişaf etdirməyin imkanlarını arayır». Rusiyanı isə Çinlə əməkdaşlığa digər amillərlə yanaşı, həm də ümumi sərhədlərə malik olmağı səsləyir.

Prezident qeyd edib ki, bundan başqa, Rusiya Federasiyası (RF) və Çin Xalq Respublikası (ÇXR) beynəlxalq səhnədə tez-tez birgə fəaliyyət göstərirlər. «Biz, «açar» beynəlxalq məsələlərin həllinə bərabərhüquqlu girişinin tərəfdarı mövqeyindən çıxış edirik» - deyə, prezident əlavə edib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol