Menu

“İrqçilik ABŞ üçün ciddi təhlükəyə çevrilib...” - Obama

20.06.2015, 13:47
“İrqçilik ABŞ üçün ciddi təhlükəyə çevrilib...” - Obama

İrqçilik ABŞ üçün ciddi təhlükədir. Musavat.com xarici qaynağa istinadən xəbər verir ki, bu barədə Amerika prezidenti Barak Obama San-Fransiskoda ölkə şəhərləri merlərinin konfransında çıxışı zamanı bildirib.

“İrqçilik hamımızın birgə mübarizə aparmalı olduğumuz hədə olaraq qalır. Biz böyük tərəqqi əldə eləmişik, ancaq yenə ayıq olmalıyıq, çünki o (irqçilik) hələ də qalır. Və qaldıqca da bizim gəncliyin şüurunu zəhərləyir, bizim ideallarımıza xəyanət edir və bizim demokratiyanı hissələrə bölür” – deyib prezident.

Qeyd edək ki, iyunun 17-də ağ dərili amerikalı Dilan Ruf irqi nifrət zəminində Çarlston şəhərinin kilsələrinin birində 9 afroamerikalını güllələyərək qətlə yetirib. Ölkənin Ədliyyə Nazirliyi hadisəni terror aktı kimi qiymətləndirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol