Menu

28 İŞİD-çi məhv edildi

21.06.2015, 12:04
28 İŞİD-çi məhv edildi

İraqın Ənbar və Səlahəddin vilayətlərində İŞİD (DAİŞ) terror qruplaşması mövqelərinə hücum təşkil edilib. ANS PRESS-in məlumatına görə, İraqın təhlükəsizlik mənbələrinin yaydığı xəbərdə Səlahəddinin Bəyci adlanan rayonunda 15, Fəllucə və əl-Kərmədə isə hərbçilər arasında baş verən döyüşlərdə 8 terrorçu məhv edildiyi bildirilir.

Bundan əlavə, Bağdad bələdiyyəsi məclis sədri Malullah əl-Ubeydi Ənbarda ABŞ koalisiyasının hava hücumun nəticəsində 5 İŞİD-çinin öldürüldüyünü söyləyib.

Xatırladaq ki,ötən il iyunun 10-da İŞİD terrorçularının Mosulu ələ keçirməsilə başlayan döyüşlər, hələ də İraqın başqa şəhərlərində davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol