Menu

"Yəhudilərin məskunlaşdığı ərazilərdə neftin qoxusu da gəlmir" - Ehud Barak

21.06.2015, 18:33
"Yəhudilərin məskunlaşdığı ərazilərdə neftin qoxusu da gəlmir" - Ehud Barak

Rusiyalı alimlər bilik iqtisadiyyatını digər ölkələrdə inkişaf etdirirlər

Bilik üzərində qurulmuş iqtisadiyyatı inkişaf etdirmək üçün, elmi cəmiyyətlər və iş adamları üçün lazım olan şəraiti yaratmaq vacibdir. İndiki halda rusiyalı alimlər öz istedadlarını başqa ölkələrdə reallaşdırırlar. «Rosbalt»ın yaydığı məlumata görə, bu fikri dünən Peterburq beynəlxalq iqtisadi forumunun gedişindəki diskusiyalarda İsrailin sabiq baş naziri Ehud Barak səsləndirib.

«Biz, bilik iqtisadiyyatını inkişaf etdirmək məcburiyyətində qalmışdıq, çünki yəhudilərin məskunlaşması üçün İsrailin seçdiyi ərazilərdə neftin qoxusu da gəlmir. Bizdə çoxlu sayda rusiyalı elmi işlə məşğul olur. Onların bir çoxu elitar tədqiqat işlərində çalışır. Kibertəhlükəsizlik də onların əlindədir və onlar İsraildə işgüzar fəaliyyətə böyük töhvə veriblər. Hesab edirəm ki, onlar öz vətənlərində də bu işlərlə məşğul olmaqla, orta və kiçik işgüzar fəaliyyəti inkişaf etdirə bilərlər» - deyə, Barak qeyd edib.

Eks-baş nazir onu da deyib ki, bilik iqtisadiyyatını inkişaf etdirmək üçün dövlət tədqiqatçı cəmiyyətlərlə «mütləq açıq» dialoq aparmalıdır: «Hamının əməl etdiyi dəqiq, etibarlı, proqnoz oluna bilən, sadə qaydalar işləyib hazırlamaq lazımdır. İnsanlar bilməlidirlər ki, bank - bankdır, kontrakta isə əməl etmək lazımdır. İndiki forumda hamı bu barədə danışır, deməli, problem var və heç nə baş vermir. Danışan insanların əhatəsindən çıxmağın və başqa mədəniyyət qurmağın, hərəkət etməyin, reallığı dəyişməyin vaxtıdır. Qalan hər şeyi bu böyük ölkədə - Rusiyada istedad həyata keçirəcək."

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol