Bakı-2015 I Avropa Oyunlarında qadın voleybolçuların mübarizəsində 1/4 finalçılar müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin son turunun matçlarından sonra mübarizəni davam etdirəcək 8 komandanın tam siyahısı dəqiqləşib.
Bu oyunadək mərhələ adlayacağını rəsmiləşdirən Azərbaycan yığması son turda liderlik oyununa çıxıb. Millimiz ən yaxın izləyicisi Türkiyə ilə görüşüb. Aleksandr Çervyakovun yetirmələri 3 setdə uduzaraq, zirvəni əldən verib.
Mərhələni qrup ikincisi kimi adlayan yığmamız 1/4 finalda B qrupunun 3-cüsü ilə qarşılaşacaq. Millimiz yarımfinala vəsiqə üçün Almaniya səddini keçməli olacaq.
A qrupunda Türkiyə 1-ci, Polşa 3-cü, Belçika 4-cü yerin sahibi kimi mərhələ adlayıb. B qrupunda Serbiya və Hollandiyanın ardından Almaniya ilə Rusiya da 1/4 finala çıxıb.


Şərhlər