Menu

Beyləqanda 10 hektar zəmi yandı

21.06.2015, 22:58
Beyləqanda 10 hektar zəmi yandı

Beyləqan rayonunda taxıl sahəsi yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında verilən xəbərə görə, rayonun təmas xətti boyunca 10 hektar biçilməmiş taxıl sahəsi və 30 hektar sahədə kol-kos yanıb.

Yaxınlıqdakı biçilməmiş taxıl sahəsi yanğından mühafizə olunub. Yanğın saat 16:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol