Menu

NATO operativ qüvvələrinin sayını 40 minə çatdırır

23.06.2015, 12:00
NATO operativ qüvvələrinin sayını 40 minə çatdırır

Şimali Atlantika İttifaqına üzv olan ölkələrin müdafiə nazirləri bu məqsədlə Brüsselə toplaşır.

NATO operativ reaksiya qüvvələrinin sayını 3 dəfəyədək artırmaq niyyətindədir.

ANS PRESS-in məlumatına görə, bunu təşkilatın baş katibi Yens Stoltenberq bildirib.

O bəyan edib ki, bu həftə Şimali Atlantika İttifaqına üzv olan ölkələrin müdafiə nazirlərinin Brüsseldə görüşü nəzərdə tutulub. Həmin görüşdə NATO-nun operativ qüvvələrinin sayının artırılması barədə qərar qəbul ediləcək.

Y.Stoltenberq bildirib ki, ilkin olaraq 13 minlik qüvvənin 40 minə çatdırılması planlaşdırılır.

Onun sözlərinə görə, NATO yeni problemlər zamanı qərarların qəbulunu tezləşdirən mexanizm üzərində işləyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol