Menu

“Bağlanış mərasimi fərqli olacaq”

23.06.2015, 12:14
“Bağlanış mərasimi fərqli olacaq”

“İyunun 22-də 7 idman növü üzrә yarışlar başa çatıb”. APA-nın mәlumatına görә, bunu Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) əməliyyatlar üzrə baş icraçı direktoru Saymon Kleq deyib. O bildirib ki, 19 mindәn çox insan gimnastikanın müxtәlif növlәri üzrә yarışlarda tamaşaçı qismindә iştirak edib: “Yeddi müxtәlif mәkanda tamaşaçı turumu 80 faiz olub. Dünәn Azәrbaycanı 1600 idmançı tәrk edib. Bu, indiyә kimi әn yüksәk rәqәmdir”.

S. Kleq qeyd edib ki, Avropa Oyunları müddәtindә 1 idmançı dopinq testindәn sonra yarışlardan kәnarlaşdırılıb. Bu, oyunlardan әvvәl baş verib.

S. Kleq bağlanış mәrasiminin açılış mәrasimindәn fәrqli olacağını söyləyib: ”50 ölkәnin tәntәnәli şәkildә qalibiyyәtini qeyd edәcәyik. Karnavala bәnzәr bağlanış mәrasimi gözlәmәk olar. Çox baxımlı mәrasim olacaq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol