Menu

Sanksiyalarla bağlı qərar qüvvəyə mindi

23.06.2015, 13:45

euro_lock.si sanksiya Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılması haqqında qərarı qüvvəyə minib.

APA-nın Avropa İttifaqının rəsmi jurnalına istinadən verdiyi xəbərə görə, qərar 31 yanvar 2016-cı il tarixinədək qüvvədə olacaq.

“Minsk razılaşmasının yerinə yetirilməsini qiymətləndirmək üçün qərar 6 ay müddətinə uzadılır. Qərar 31 yanvar 2016-cı il tarixinədək qüvvədə olacaq”, - deyə qərarda bildirilir.

Qərar Aİ-nin rəsmi jurnalında dərc olunduğu gündən qüvvəyə minir.

Qeyd edək ki, sanksiyaların müddətinin uzadılması qərarı bazar ertəsi Aİ xarici işlər nazirlərinin Lüksemburqa keçirilən görüşündə qəbul olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol