Menu

Dünya mətbuatı İrəvan aksiyasından yazır

23.06.2015, 18:10
Dünya mətbuatı İrəvan aksiyasından yazır

KİV: "Ermənistan polisi mülki şəxslərlə yanaşı, jurnalistləri də döydü"

Dünya xəbər agentlikləri və saytları İrəvanda elektrik enerjisinin bahalaşmasına qarşı mübarizə aparan etirazçıların oturaq piketinin polis tərəfindən vəhşicəsinə dağıdılmasına geniş yer verib.

Anspress-in məlumatına görə, Associated Press yazır ki, polis paytaxtın mərkəzi prospektinə toplaşan nümayişçiləri vəhşicəsinə qovdu, 200-dən çox insanı həbs etdi: "Nümayişçilərin və onları dağıdanların sayı onu deməyə əsas verir ki, bu, bir neçə il boyunca Ermənistanda ən ciddi qarışıqlıq, qarşıdurma idi. Bu kasıb keçmiş sovet ölkəsində siyasi sabitliklə əlaqədar narahatlıq kəskin artıb, burada Rusiya hərbi bazası yerləşdirilib və Kremlin rəhbərliyi altında iqtisadi ittifaqın hissəsidir."

"Reuters" agentliyi yazır ki, polis etiraz edənlərin dağıtması üçün yanğın nasoslarından istifadə etdi. Etiraz siyasi partiyalara heç bir əlaqəyə malik olmayan gənc fəallar tərəfindən təşkil edilib.

Agentlik xatırladır ki, Ermənistanda iqtisadi düşüş rekord həddə çatıb, Rusiyada işləyən əmək miqrantlarından göndərilən transfertlər kəskin şəkildə azalıb.

France-Press agentliyi yazır ki, insanların rezin kötəklərlə, su, yanğın şırnakları, nasosları ilə dağıdılması nəticəsində onlarla insan ciddi xəsarət alıb, ciddi əziyyətə məruz qoyulublar. Polis mülki şəxslərlə yanaşı, jurnalistləri də döyüb, vurub, onların işlətdikləri aparaturanı və digər avadanlığı sındırıb və müsadirə ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol