Ermənistan Silahlı Qüvvələrinin bəzi birləşmələri Azərbaycanla sərhədin yaxınlığındakı daimi dislokasiya yerindən İrəvana gətirilib. Erməni KİV-ləri xəbər verir ki, bu hərbi birləşmələr paytaxt İrəvandakı bazalarda yerləşdirilib. Onlar İrəvandakı mitinqi dağıtmağa və iğtişaşların daha geniş əraziyə yayılmasının qarşısını almağa başlamaq üçün əmr gözləyir.
Bir qədər əvvəl isə polis suvuran maşınların köməyi ilə nümayişçilərin üzərinə hücuma keçib.
Bir neçə dəqiqə davam gətirən nümayişçilər daha sonra xüsusi təyinatlıların təzyiqi qarşısında geri çəkiliblər. Xüsusi təyinatlı polislər aksiyaçıları dağıtmaqdadır, Baqramyan prospektində dramatik vəziyyət hökm sürür.
Mülki geyimli polislər bir neçə nümayişçini həbs edib. Polisin müdaxiləsinə baxmayaraq aksiyaçılar Baqramyan prospektini tərk etməyib.Bu dəqiqələrdə bir neçə min nümayişçi yenidən cəmlənərək Sərkisyanın iqamətgahına doğru yürüş edir.
Bununla eyni vaxtda gənc fəalların Ermənistanın böyüklüyünə görə ikinci şəhəri olan Gümrüdə oturaq aksiyaya başladığı barədə xəbərlər yayılıb. Onlar respublikanın digər şəhərlərində də analoji aksiyalar keçirməyə çağırırlar.
Qeyd edək ki, iyunun 23-də polis elektrik enerjisinin qiymətinin 6,93 dram (0,015 dollar) artırılmasına etiraz əlaməti olaraq İrəvanın mərkəzində keçirilən nümayişi zor tətbiq edərək dağıtmişdi.
----

Məlumatda bildirilir ki, Sarkisyan nümayişçilərdən ibarət 2-3 nəfərlik qrupu qəbul etməyə hazır olub. İrəvan polisinin rəis müavini Valeriy Osipyan bu barədə aksiya iştirakçılarını məlumatlandırıb.
Lakin koordinasiya qrupu bəyan edib ki, onlar Sarkisyanla görüşdən imtina edirlər və prezidentin birbaşa efirdə İctimai Xidmətlərin Tənzimlənməsi üzrə Komissiyanın elektrik enerjisinin tariflərinin qaldırılması üzrə qərarını ləğv etməsini istəyirlər.
Hazırda aksiyaların keçirildiyi İrəvanın Baqramyan prospektinə əlavə təhlükəsizlik qüvvələri cəlb olunub. Polislər dəyənək və alüminium qalxanlarla silahlanıblar. Etirazçıların toplaşdığı ərazilərdə küçə işıqlandırılması söndürülüb.
Ermənistan polisinin rəis müavini UnanPoqosyan isə jurnalistlərə deyib ki, hazırda polis nümayişçilərə qarşı xüsusi vasitələr tətbiq etməyə hazırlaşmır. Çünki aksiya dinc xarakter daşıyır. “Mitinq dinc xarakter daşısa da fəalların seçdiyi yol düzgün yol deyil”-Poqosyan bildirib. O, polisin gecə aksiyaçılara qarşı xüsusi vasitələr tətbiq etməyəcəyinə dair vəd verdiyini, bu vədə sadiq qaldıqlarını deyib.Poqosyan aksiyaçılara təklif edib ki, Baqramyan prospektini boşaldaraq mitinqi Azadlıq meydanında davam etdirsinlər.
Erməni siyasətçiləri və şou-biznes nümayəndələri isə Baqramyan prospektində polis kordonu ilə aksiyaçılar arasında sədd çəkərək polisin güc tətbiqinə mane olmağa çalışır. Hazırda tanınmış erməni oliqarxları XaçaturSukiasyan və deputat Aleksandr Arzumanyan aksiya iştirakçıları ilə polislə toqquşmadan qaçmaq üçün taktikanı müzakirə edir. Onlara təklif edilir ki, Baqramyan prospektinin bir hissəsini nəqliyyata açsınlar və prezident Sərkisyanla danışıqlar üçün nümayəndə heyəti formalaşdırsınlar. Aksiyaçılar əvvəlcə danışıqları rədd ediblər, daha sonra isə şərt irəli sürüblər ki, Sərkisyanla görüş jurnalistlərin iştirakı ilə keçirilsin. Son məlumatlara görə nümayişçilər hakimiyyətə günortaya qədər vaxt veriblər və ancaq bir tələb irəli sürüblər: elektrik enerjisinin bahalaşmasına dair hökumətin qərarı ləğv edilsin.
Ermənistanda qəfil başlayan izdihamlı küçə etirazları Kremldə də ciddi narahatlıq doğurub. Rusiya prezidentinin mətbuat katibi DmitriPeskov bildirib ki, Kreml İrəvanda baş verənləri izləyir və olduqca narahatdır. Kremlin narahatlığını başa düşmək olar. Rusiyanın keçmiş sovet respublikalarında rəngli inqilabların kökünü kəsmək üçün böyük səy göstərdiyi bir vaxtda onun Qafqazdakı forpostunda heç bir siyasi partiyalara bağlı olmayan vətəndaş qrupları küçələrə çıxır və baş verənlərdən inqilab ab-havası duyulur.
----

------

APA-nın “NEWS.am”a istinadən verdiyi xəbərə görə, elektrik enerjisi tariflərinin artmasına etiraz edən aksiya iştirakçıları prezident sarayına yürüş edərək dövlət başçısından tariflərin artırılması barədə qərarın ləğv edilməsini tələb etmək niyyətindədirlər.
Etirazçılar Tumanyan küçəsi ilə yürüş edərək Baqramyan prospektinə çıxmağı planlaşdırırlar.
Məlumata görə, Baqramyan prospektində artıq polis qüvvələri toplaşmağa başlayıb.
Qeyd edək ki, ötən gün analoji etirazlar zamanı polis və etirazçılar arasında qarşıdurma baş verib, 237 etirazçı saxlanılıb.


Şərhlər