Menu

Sabah qovrulacağıq

24.06.2015, 13:06
Sabah qovrulacağıq

Sabah ölkə ərazisində temperaturun 42˚-dək yüsələcəyi gözlənilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, iyunun 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Gündüz cənub-şərq küləyi əsəcək.

Abşeron yarımadasında havanın temperaturu gecə 22-26˚, gündüz 32-37˚ isti olacaq.

Azərbaycanın rayonlarında da iyunun 25-də hava əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu aran rayonlarında gecə 20-25˚, gündüz 37-42˚, dağlarda gecə 16-21˚, gündüz 27-32˚ isti olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol