Menu

Azərbaycan daha bir iş adamını axtarışa verdi

24.06.2015, 13:26
Azərbaycan daha bir iş adamını axtarışa verdi

Azərbaycan ukraynalı iş adamı barəsində beynəlxalq axtarış elan edib. APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, Ukrayna vətəndaşı, 34 yaşlı Andrey Kolesnik qanunsuz sahibkarlıq fəaliyyətində və qaçaqmalçılıqda təqsirləndirilir.

Andrey Kolesnik Azərbaycandan qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan edilib və saxlanılması üçün İnterpola müraciət olunub.

Hazırda onun tutulması istiqamətində tədbirlər davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol