Menu

İŞİD-in Kobaniyə hücumu nəticəsində 30 –dan çox adam ölüb

26.06.2015, 08:57
İŞİD-in Kobaniyə hücumu nəticəsində 30 –dan çox adam ölüb

İŞİD terror qruplaşmasının silahlılarının Suriyanın Türkiyə ilə həmsərhəd Kobani şəhərinə hücumu nəticəsində azı 35 nəfər ölüb.

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, İŞİD Kobaniyə iyunun 24-dən 25-nə keçən gecə hücuma keçməyə başlayıb. Məlumata görə, əvvəlcə onlar Türkiyə sərhədi yaxınlığında avtomobili partladıblar, sonra isə şəhərə hücuma keçərək kürd silahlı dəstələri ilə döyüşə başlayıblar.

Məlumata görə, şiddətli döyüşlər hələ də davam edir. Döyüş zamanı 14 silahlının öldürüldüyü bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol