Menu

BMT-dən Ermənistana çağırış

26.06.2015, 10:21
BMT-dən Ermənistana çağırış

“Ermənistan hökuməti etirazçıların haqlarının qorunmasını təmin etməlidir”

Birləşmiş Millətlər Təşkilatı (BMT) Ermənistanı etirazçıların haqlarının qorunmasının təmin olunmağına çağırıb. Anspress-in məlumatına görə, BMT-in insan haqqları üzrə ali komisarınən sözçüsü Ravina Şamdasani Ermənistan hökumətinə jurnalistlərə və etirazçılara qarşı artıq güc tətbiq etməsi səbəbilə bağlı xəbərdarlıq edib.

“İyunun 23-də İrəvanda polisin jurnalist və etirazçılara qarşı fiziki güc tətbiq etməsini cavabdeh şəxslər tərəfindən araşdırılmasını tələb edirik”, - deyə çağırışda bildirilir.

Xatırladaq ki, Ermənistandakı bu etiraz dalğası iyunun 19-da İrəvanın mərkəzində başlayıb. Buna səbəb isə elektrik enerjisinin qiymətinin artırılmasına dair qərar olub. Bir neçə gündə davam edən mitinq zamanı polislər etirazçılara qarşı təzyiqli su ilə müdaxilə etmiş və çox sayda aksiya iştrakçısının qolunu qandallayaraq saxlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol