Menu

Yerevanda etirazçıların sayı artmaqda davam edir

26.06.2015, 11:01
Yerevanda etirazçıların sayı artmaqda davam edir

Yerevanda elektrik enerjisi tariflərinin bahalaşmasına qarşı keçirilən etiraz aksiyasının iştirakçılarının sayı o qədər artıb ki, Baqramyan prospektindən başqa, Baqramyan-Moskovyan küçələrinin kəsişməsindən Fransa meydanına kimi ərazi də bağlanıb. Bu da şəhərin mərkəzində maşınların hərəkətini çətinləşdirir.

Trend-in “Novosti Armenii”-ə istinadən verdiyi məlumata əsasən, polis Moskovyan küçəsində hərəkətə mane olmamaq üçün nümayişçiləri yolayrıcını açmağa çağırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol