Xarici KİV-n yaydığı məlumata görə, NATO-nun Baş katibi Yens Stoltenberq bu ilin avqustunda Gürcüstana gələcək. Bu məlumatı Gürcüstan müdafiə nazirliyi verib (TASS).
Nazirliyin xəbərində deyilir: «İyunun 25-də Brüsseldə Gürcüstanın müdafiə naziri Tina Xidaşeli və NATO Baş katibinin müavini Aleksandr Verşbou arasında baş tutmuş görüşdə 2015-ci ilin avqustunda alyansın Baş katibi Yens Stlotenberqin Tbilisiyə səfər edəcəyi barədə qərar qəbul olunub.».
AzPolitika.info


Şərhlər