Menu

Azərbaycan 17-cı qızıl medalını qazandı

26.06.2015, 19:31
Azərbaycan 17-cı qızıl medalını qazandı

Bu gün Bakı-2015 Avropa Oyunları çərçivəsində kişilər arasında yüngülvari çəki (52 kq) dərəcəsində Azərbaycanı təmsil edən Elvin Məmişzadə final görüşünə çıxıb.

Trend-in məlumatına görə, idmançımız finalda italiyalı boksçu Vinçenzo Pikardi ilə qarşılaşıb.

Gərgin keçən həlledici döyüşdə boksçumuz qalib gəlib - 3:0.

Beləliklə, E.Məmişzadə Azərbaycana Avropa Oyunlarında 16-cı qızıl medalı qazandırıb. Azərbaycan idmançıları ümumilikdə 48 medal əldə ediblər - 16 qızıl, 13 gümüş, 19 bürünc.

X X X

Kişilər arasında birinci yarım-orta çəki (64 kq) dərəcəsində Azərbaycanı təmsil edən Kollazo Sotomayor da bu gün final görüşünü keçirib.

Təmsilçimiz finalda italiyalı boksçu Vinçenzo Manciakarpe ilə üz-üzə gəlib.

Aramsız qarşılıqlı zərbələrlə müşayiət olunan görüşdə boksçumuz daha dəqiq olub.

Beləliklə, K.Sotomayor Azərbaycana Avropa Oyunlarında 17-ci qızıl medalı qazandırıb. Azərbaycan idmançıları ümumilikdə 49 medal əldə ediblər - 17 qızıl, 13 gümüş, 19 bürünc.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol