Xarici KİV-in məlumatına görə, Belqradda baş tutmuş görüşdən sonra keçirdikləri mətbuat konfransında Serbiya və Yunanıstan xarici işlər nazirləri İvitsa Daçiç və Nikos Kotzias ölkələrinin Rusiya ilə hərtərəfli əməkdaşlıq etmək üçün can atdığını təsdiqləyiblər (TASS).
Daçiç mətbuat konfransında deyib: «Mübahisəsizdir ki, Serbiya Rusiya ilə əməkdaşlıq etmək istəyir. Biz Avropa İttifaqına daxil olmaq istəyirik və Rusiya ilə hərtərəfli əmfkdaşlıq etmək niyyətindəyik. Belə də edirik...».
Serbiyalı nazir həm də qeyd edib ki, ölkəsi ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmayıb: «Ötən il ABŞ və Rusiya arasında əmtəə dövriyyəsi 30,0 faiz artıb. Daha bunun harası sanksiya oldu? Bu barədə ABŞ-a heç kim heç nə deyə bilməz. Biz isə (Serbiya - red.) hər zaman günahkar çıxırıq, çünki kiçik dövlətik». Daçiçin sözlərinə görə, serblər üçün rus və yunan xalqları ən yaxın xalqlardır və bunu heç kim dəyişə bilməz.
Kotzias isə öz növbəsində, qeyd edib ki, Yunanıstan Avropa İttifaqına üzv dövlətdir, amma bütün dünya ilə əməkdaşlıq etmək istəyir: «Bütün üzv ölkələr kimi bizim də öz hüquq və vəzifələrimiz var. Avropa İttifaqının xarici siyasəti bizim də maraqlarımızı nəzərə almalıdır. Rusiya ilə əməkdaşlıq etdiyimizə görə, bizə irad tuta bilməzlər. Biz açıq üfüqlü Avropa İttifaqı istəyirik».
AzPolitika.info


Şərhlər