Xarici KİV-in yaydığı məlumata görə, Ukraynalı jurnalistlərin bu ölkəyə NATO tərəfindən kömək göstərilməsinin vacibliyi barədə suallarını cavablandıran Baş katib Yens Stoltenberq bəyan edib ki, NATO Ukraynanın bütün problemlərini həll edə bilməz: «NATO Ukraynanın bütün problemlərini həll edə bilməz. Bunu, ukraynalılar özləri etməlidirlər» (TASS).
«Biz analayırıq ki, Ukraynanın qarşısında çox çətin vəzifələr dayanır - ölkənin şərqində hərbi münaqişənin davam etdiyi bir şəraitdə uzunmüddətli islahatlar aparmaq. Amma bu, məhz o vəzifədir ki, Ukrayna bu gün yerinə yetirməlidir. Bu vəzifənin mühüm elementi korrupsiya ilə mübarizə olparaq qalır»-deyə, Stoltenberq əlavə edib.
Baş katibin sözlərinə görə, NATO-ya daxil olmaq barədə Ukraynanın sorğusu daxil olarsa, ona ümumi əsaslar üzrə baxılacaq: «Üzvlük barədə sorğu imkanı əldə etmək üçün indi Ukrayna intensiv islahatlar aparmalıdır. Sorğuya isə digər ölkələrin müraciətinə olduğu kimi, ümumi əsaslarla baxılacaq». Stoltenberq əlavə edib ki, məhz bundan sonra üzvlük istiqamətində fəaliyyət planı barədə söhbət gedəcək.
AzPolitika.info


Şərhlər