Menu

İran danışıqlarında son tur başladı

27.06.2015, 17:53
İran danışıqlarında son tur başladı

Bu gün Vyanadakı Palais Coburg-da İran ilə nüvə danışıqları başlayıb.

Danışıqlardan öncə ABŞ-ın Dövlət Katibi Con Kerri, "Hər kəs razılaşamanın əldə olunmasını istəyir, amma bəzi çətin məsələlər üzərində işləməyimiz lazımdır", deyə bildirib.

İranın xarici işlər naziri Cavad Zərif də, "Görüşlərdə məsafə qət etmək üçün həqiqətən çox çalışmağımız lazımdır. Bunu mümkün etmək üçün əlimizdən nə gəlirsə etməyə qərarlıyıq" ifadələrini istifadə edib.

Danışıqlara Fransanın xarici işlər naziri Laurent Loran Fabius da iştirak edəcək. Avropa Birliyinin Təhlükəsizlik və Xarici Siyasət üzrə Ali Nümayəndəsi Federica Mogherini isə Bazar günü danışıqlarda iştirak edəcəyi gözlənilir. /"marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol