Menu

Bakı-2015: Boksçumuz Albert Səlimov qızıl medal qazanıb

27.06.2015, 19:07
Bakı-2015: Boksçumuz Albert Səlimov qızıl medal qazanıb

Azərbaycanın boks üzrə yığmasının üzvü Albert Səlimov (60 kq) qızıl medal qazanıb.

Apasport.az saytının məlumatına görə, A. Səlimov həlledici görüşdə təcrübə baxımından ondan geri qalan fransalı Sofian Ouminaya qalib gəlib.

Uğurlu seriyasını davam etdirən A. Səlimov bu dəfə də 3:0 (29:28; 30:27; 29:28) hesablı qələbə sayəsində çempion tituluna yiyələnib.

Bununla da boks komandamız 4-cü, yığmamız isə 19-cu "qızıl"ı rəsmiləşdirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol