Menu

Ermənistanda etiraz aksiyaları davam edəcək

28.06.2015, 14:04
Ermənistanda etiraz aksiyaları davam edəcək

İyunun 28-də İrəvanda "Talana yox!" aksiyası davam edəcək.

Bu haqda Azadlıq Radiosunun erməni xidmətinə aksiya təşkilatçılarından biri - Vaginak Suşaniyan məlumat verib.

O, deyib ki, aksiya iyunun 28-də bütün gecə və iyunun 29-da bütün günü davam edəcək.

İrəvanın mərkəzi Baqramyan prospektində etiraz aksiyası iyunun 19-da hökumət elektrik enerjisinini qiymətlərinin qaldırandan sonra başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol