Xarici KİV-in yaydığı məlumata görə, bu gün ABŞ Hərbi-hava qüvvələrinin (HHQ) «Labun» raket esminesi Batumi limanına daxil olub (İnterfaks.ru).
ABŞ səfirliyindən «İnterfaks»a verilən xəbərə görə, Amerika hərbi gəmisinin bu «səfər»i Qara dəniz bölgəsində sabitlik və təhlükəsizlik məsələləri üzrə ümumi məqsədlərlə bağlı NATO üzrə müttəfiqlər və Gürcüstan arasında münasibətlərin növbəti dəfə təsdiqinə xidmət edir.
Səfirlikdə qeyd ediblər ki, səfər çərçivəsində esmines Gürcüstan sahil mühafizə Xidməti ilə birgə təlimlər keçirəcək.
Bü gün Batumidə ABŞ esminesinin təntənəli qarşılanması mərasimi baş tutub. Tədbirdə Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli və ölkə parlamentinin sədri David Usupaşvili iştirak edib.
ABŞ-ın Gürcüstandakı səfiri Riçard Norland jurnalistlərə deyib ki, həm ABŞ-la Gürcüstan arasında, həm də NATO ilə Gürcüstan arasında münasibətlər möhkəmlənir.
AzPolitika.info


Şərhlər