Menu

"Ödəmə edilməzsə yardım yoxdur"

29.06.2015, 11:04
"Ödəmə edilməzsə yardım yoxdur"

Yunanıstana bir pis xəbər də Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqarddan gəldi.

BVF-nin rəhbəri Laqard BBC-yə verdiyi müsahibədə Yunanıstanın 30 İyundakı 1,7 milyard dollarlıq ödəməni reallaşdırmaması vəziyyətində, ölkənin yeni bir yardım almayacağını bildirib.

5 İyulda keçiriləcək referendumda Yunan xalqının kreditorların müzakirə edilməyən təkliflərini qiymətləndirəcəyini deyən Laqard, "BVF-nin proqramı hələ də davam edir, ancaq 30 İyunda sona çatır. Buna görə də hüquqi baxımdan, referendum bu tarixdə etibarlı olmayan tənzimləmələrlə bağlı olacaq" ifadələrini istifadə edib.

Laqard, referendumdan Avro Zonasında qalmaq istiqamətində nəticə çıxması vəziyyətində danışıqların bərpa olunacağını bildirib. /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol