Menu

42 dərəcə isti olacaq - Proqnoz

29.06.2015, 12:36

spring-blossom-sunshine havaİyunun 30-da Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 22-25 dərəcə, gündüz 32-37 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 20-25, gündüz 35-42 dərəcə, dağlıq rayonlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol