Rusiya prezidenti Vladimir Putin ötən həftə sonu Xakasiya muxtar vilayətinə səfəri zamanı Dağlıq Altay bölgəsində dincəlib.Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbət verir ki, bu istirahətdə Putin tək olmayıb - onu köhnə dostu, İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni da müşayiət edib.
Berluskoninin Putinlə birlikdə Dağlıq Altay bölgəsində dincəldiyi haqda xəbər əvvəlcə sosial şəbəkələrdə yayılıb. Onları əyləndirmək üçün iki yerli rəqs ansamblı çıxış edib.
Altay respublikasının əməkdar incənət xadimi Leyla Malçiyeva sosial şəbəkələrdə yazıb ki, onların rəqs ansamblı Putinlə Berluskoninin qarşısında çıxış edib. Putin Berluskonini Katun çayı sahilindəki rezidensiyasında qonaq edib.
Putinin təyyarəsi iyunun 26-da Xakasiyanın inzibati paytaxtı Abakandan Dağlıq Altay bölgəsinə uçub. İyunun 28-də prezident təyyarəsi oranı tərk edib və Moskvaya istiqamət alıb.
Bəzi məlumatlara görə, Berluskoni Putinlə təkcə dincəlmək üçün görüşməyib, onun Qərblə Rusiyanı barışdırmaq üçün getdiyi bildirilir.
Berluskoni özü də facebook səhifəsində bu barədə yazıb.
“Prezident Putinlə onun dəvəti ilə görüşmək üçün Rusiyaya gedirəm. Rusiya ilə Qərb arasında barışıq yollarını müzakirə edəcəyəm. Çünki bu gərginlik İtaliya iqtisadiyyatına zərər vurur”- deyə Berluskoni səfər ərəfəsində yazıb.


Şərhlər