Xarici KİV-in yaydığı məlumata görə, Çin Xalq Respublikası (ÇXR) Dövlət şurasının Baş naziri Li Ketsyan yunan böhranının tənzimlənməsi məsələsində Avropaya ölkəsinin köməyini təklif edib və bəyan edib ki, Çin vahid Avropa İttifaqı (Aİ) və güclü avronun marağındadır. Bu barədə o, «Handelsblatt».alman qəzetinə verdiyi müsahibədə bəyan edib (Rosbalt).
«Çin hər zaman Avropadakı inteqrasiya proseslərini dəstəkləyib. Əgər söhbət ümumdünya maliyyə böhranının nəticələrinin aradan qaldırılmasından və Yunanıstanın borc problemindən gedirsə, onda Avropa Çinin dəstəyinə bel bağlaya bilər» - deyə, "Finmarket" Li Ketsyandan sitat gətirir.
Bundan əvvəl Çin yeni Avropa strateji investisiya Fonduna pul yatırmağı vəd etmişdi. Fonda 315,0 milyard avro vəsait toplamaq planlaşdırılır.
İnyunun 29-da Brüsseldə baş tutacaq ÇXR-Aİ sammitinə qədər Çin tərəfi daha ətraflı şərh verməkdən imtina edib.
Gözlənilir ki, danışıqlar prosesində ikitərəfli və beynəlxalq münasibətlər mövzusuna, o cümlədən, intellektual mülkiyyətə hüquq, texnoloji innovasiya və rəqəmli iqtisadiyyat problemlərinə toxunulacaq.
AzPolitika.info


Şərhlər