Çavuşoğlu amerikalı həmkarına, bölgədə baş verənlərə tamaşaçı qalmayacaqlarını deyib.
Ötən həftə ABŞ Dövlət katibi Con Kerri ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. Anspress-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, tərəflər arasında kəskin xarakterli telefon danışığı baş tutub. İyunun 26-da baş tutan danışıq zamanı Çavuşoğlu amerikalı həmkarına, bölgədə (Suriya və İraqda) baş verənlərə tamaşaçı qalmayacaqlarını deyib.
Bu çərçivədə PYD-nin regionda “kürd dəhlizi” yaratmaq cəhdlərinin Türkiyənin milli təhlükəsizliyi üçün təhdid olduğunu deyən Çavuşoğlu, ölkəsinin hər hansı bir “oldu-qurtardı”ya izn verməyəcəyini vurğulayıb.
“Türkiyə “oldu-qurtardı”ya izn verməyəckdir. Bölgədə təcili olaraq təhlükəsiz ərazi yaradılmalıdır. Bunu birlikdə edək. Və ya biz başımızın çarəsinə baxarıq. Təşvişlərimizi nəzərə almalısınız.” - deyə Türkiyə XİN rəhbəri bildirib.


Şərhlər