İki qonşu ölkə Qvineya və Sierra-Leonedə ebola virusuna yoluxanların sayı artır.
Ebola virusu 6 həftəlik fasilədən sonra Liberiyaya geri qayıdıb.
Anspress-in məlumatına görə, Liberiyanın Səhiyyə Nazirliyi virusdan vəfat etmiş 17 yaşlı yeniyetmənin aşkalandığını bildirib. Bu barədə BBC xəbər yayıb.
Nazir müavinin sözlərinə görə, həkimlər virusun qurbanının ölümdən əvvəl yerdəyişməsini müəyyən etməyə çalışırlar. O, liberiyalıları ehtiyyatlı olmağa çağırsa da, vahiməyə ehtiyac olmadığını deyib.
İki qonşu ölkə Qvineya və Sierra-Leonedə ebola virusuna yoluxanların sayı artır. Artım qərbi Afrikada yağış mövsümünün başlamasına təsadüf edib.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, tarixdə ən təhlükəli viruslardan olan ebolanın qurbanlarının sayı 11 mindən çoxdur.


Şərhlər