Rusiya KİV-nin yaydığı məlumata görə, «İctimai nəzarət» istehlakçı hüquqlarının müdafiəsi Cəmiyyəti (İHMC) Krımın Rusiyaya birləşdirilməsinin qunana uyğun olub-olmaması sorğusu ilə Konstitusiya Məhkəməsinə şikayət edib. Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bu xəbəri təsdiqləyərək, bildiriblər ki, belə sənəd çərşənbə axşamı daxil olub: «Şikayət daxil olub və məhkəmədə qeydiyyata alınıb» (İnterfaks.ru).
İHMC xahiş edir ki, «Rusiya Federasiyası tərəfindən Krım Respublikasının qəbul olunması və Rusiya Federasiyasının tərkibində yeni subyektlərin - Krım Respublikasının və Sevastopol federal əhəmiyyətli şəhərin yaradılması» haqqında qanunun konstitusiyaya uyğun olub-olmaması araşdırılsın.
Mövcud prosedura görə, şikayət ilkin olaraq məhkəmə tərəfindən öyrəniləcək, bundan sonra isə onun baxılmaq üçün qəbul olunub-olunmaması məsələsi həll olunacaq.
Bundan əvvəl xəbər vermişdik ki, «İctimai nəzarət» İHMC (Rusiya Federasiyası) Krıma səyahətə gedən turistlər üçün «yaddaş kitabçası» buraxıb. Kitabçada deyilir ki, «beynəlxalq hüquq normalarına əsasən, sözügedən ərazi işğal olunmuş ərazi sayılır».
Pezident Vladimir Putin isə İHMC-nin bu tövsiyyə sənədini Rusiya qeyri-hökumət təşkilatlarının xarici dövlətlərin maraqlarına xidmət etməsinin bir nümunəsi adlandırıb.
AzPolitika.info


Şərhlər