Xarici KİV-in yaydığı məlumata görə, ABŞ-ın Oreqon ştatı marixuananın profilaktik məqsədlərlə istifadəsini leqallaşdıran qanun qəbul edib. Beləliklə, Oreqon ştatı bu bitkinin şəxsi məqsədlərlə istifadəsini dekriminalizə edən dördüncü ABŞ ştatı oldu (Rosbalt).
Sənəd, 21 yaşından yuxarı yaşda olan şəxslərə 2 qram narkotik maddə saxlamağa hüquq verir, amma «narkotik siqar»ın küçədə - açıq havada çəkilməsi əvvəlki kimi, qadağandır. «The Guardian»-ın yazdığına görə, gələn ilin əvvəlindən başlayaraq, Oreqon ştatında marixuananı xüsusi mağazalardan almaq mümkün olacaq.
Bundan əvvəl analoji tədbir Alyaska, Kolorado və Vaşinqton ştatlarında da həyata keçirilib. Amma federal səviyyədə ABŞ-da marixuanadan istifadə qeyri-qanuni sayılır.
AzPolitika.info


Şərhlər