Xarici KİV-in yaydığı məlumata görə, Çin Xalq Respublikası Xarici işlər nazirliyinin (ÇXR XİN) rəsmi nümayəndəsi Xua Çunin bəyan edib ki, ölkəsi Avropa İttifaqının (Aİ) birliyini və «güclü» avrozonanı dəstəkləyir (TASS).
«Biz vahid Avropa İttifaqı və güclü avrozona görmək isiəyirik. Yunanıstanın borc böhranı Avropa İttifaqının daxili siyasətidir, amma o da var ki, Yunanıstanla birlikdə və ya Yunanıstansız, dünya iqtisadiyyatının bərpası və dünya maliyyə sisteminin sabitliyi avrozonadan asılıdır» - deyə, çinli diplomat qeyd edib.
Xua Çunin daha sonra deyib: «Çin, Avropa İttifaqı və Yunanıstanla iqtisadi münasibətlərin inkişafına böyük diqqət yetirir və bu ölkəyə kömək etmək istiqamətində addımlar atır...».
AzPolitika.info


Şərhlər