Menu

İsrailin müdafiə naziri ABŞ Dövlət Departamentini təhqir edib

15.01.2014, 11:24
İsrailin müdafiə naziri ABŞ Dövlət Departamentini təhqir edib

ABŞ Dövlət Departamentinin nümayəndəsi Cen Psaki İsrail müdafiə naziri Moşe Yaalonun ABŞ-ın Yaxın Şərqlə bağlı son təkliflərini və dövlət katibi Con Kerri haqqında fikirlərini yersiz və təhqiredici kimi qiymətləndirib.

APA – nın “Röyters”ə istinadən verdiyi məlumata görə, Psaki qeyd edib ki, Yaalonun açıqlamaları ABŞ-ın İsrailə davamlı dəstəyi fonunda daha qəribə səslənir.

Bununla da ABŞ Dövlət Departamenti İsrailin nüfüzlu “Ediot Axronot” qəzetindəki məqaləyə reaksiya verib. Həmin məqalədə məlumatlı mənbəyə istinadən İsrailin müdafiə nazirinin ABŞ-da və İsraildə keçirdiyi bəzi görüşlərdə səsləndirdiyi fikirlər yer alıb.

Məlumata görə, Yaalon Con Kerrini sadəlövh insan adlandırıb. O həmçinin arzu edib ki, ABŞ diplomatiyasının rəhbəri Nobel sülh mükafatını alsın və İsraildən əl çəksin.

Hələlik İsrail hökuməti “Ediot Axronot”dakı məqaləyə münasibət bildirməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol