Menu

Vaxtı keçmiş kreditlər 1,3 milyard manatı keçdi

08.07.2015, 10:04

dollar kredit azpolitikaAzərbaycan banklarında vaxtı keçmiş kreditlər artmaqda davam edir.

“Marja” Mərkəzi Banka istinadən xəbər verir ki, İyunun 1-nə ödəmə vaxtı keçmiş kreditlərin həcmi 1 milyard 313,2 milyon manata çatıb. Başqa sözlə, banklardakı 20 milyard 468,1 milyon manat kreditin 6,4%-nin ödəmə vaxtı keçib.

Təkcə May ayında problemli kreditlər 56,6 milyon manat artıb. İlk 5 aylıq dövrdəki artım isə 336,9 milyon manat olub.

Dekabr 2014 - 976,3 milyon manat

Yanvar - 1 milyard 30,9 milyon manat

Fevral - 1 milyard 138,2 milyon manat

Mart - 1 milyard 213,3 milyon manat

Aprel - 1 milyard 256,6 milyon manat

May - 1 milyard 313,2 milyon manat

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol