Menu

Gömrükdə növbələr azalacaq

08.07.2015, 11:50
Gömrükdə növbələr azalacaq

"Azərbaycanda gömrük buraxılış məntəqələrində iri həcmli yük maşınlarının daha tez yoxlanılması üçün 8 ədəd skayner tipli avadanlıq quraşdırılıb".

Anspress-in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsnin sədri Aydın Əliyev bu gün Bakıda keçirilən GUAM dövlətlərinin 22-ci iclasında söyləyib. Komitə rəhbəri bildirib ki, hazırda daha ikisinin quraşdırlma işləri gedir:

"Bu avadanlıqlar sərhəd məntəqələrində yük maşınlarının növbələrinin yaranamasının qaşısını alacaq. Bununla yanaşı, ötən ay Azərbaycanda fəaliyyət göstərən sahibkarlarla görüşümüz olub. O iclasda səslənən fikirlər təklif şəklində Nazirlər Kabinetinə göndərilib", - deyə A.Əliyev əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol