Menu

19 yaşlı narkotik alverçiləri iş başında tutuldu

08.07.2015, 16:21
19 yaşlı narkotik alverçiləri iş başında tutuldu

Bakıda 19 yaşlı narkotik alverçiləri həbs edilib. Lent.az-ın məlumatına görə, Mehdiabad Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsəbənin 28 may küçəsində 1996-ci il təvəllüdlü Göyçay sakini Xaləddin Quluzadə və Gəncə şəhər sakini Nail Həsənpura aid çantanın içərisində 7,023,4 kq narkotik maddə - marixuana aşkar edilərək götürülüb.

Həmin şəxslər ilkin ifadələrində narkotik vasitəni Şəmkidən yolun kənarından yığdıqlarını, Gəncədə qurudaraq və Mehdadabad qəsəbəsində satacaqlarını bildiriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol