Xarici KİV-in yaydığı məlumata görə, Hindistanın baş naziri Narendra Modi deyib ki, ölkəsi Qaxaxıstanla əməkdaşlıq etməkdə maraqlıdır. Mərkəzi Asiya regionuna səfəri çərçivəsində Qazaxıstana gəlmiş baş nazir bu barədə Nazarbayev Universitetində çıxışı zamanı bəyan edib (TASS).
«Mən Qazaxıstana bu məqsədlə gəlmişəm ki, Mərkəzi Asiya ilə bizim münasibətlərimizin yeni erasına başlayaq. Hindistan Qazaxıstanla yeni uğurlu əməkdaşlığa investisiya yatırmağa hazırdır. Biz, təkcə minerallar sahəsində yox, həm də energetika, sənaye, farmasevtika, tekstil, injeneriya, kiçik və orta biznes sahələrində də birgə işləyəcəyik»-deyə, baş nazir qeyd edib.
Modi həm də məlumat verib ki, Hindistan neft emalı zavodlarına, neft-kimya məhsulları və mineral kübrələr istehsalı zavodlarına, informasiya və kommunikasiya texnologiyaları sahələrinə investisiya yatıracaq ki, bu da gənc nəsil üçün münbit şərait yaradacaq: «Bu gün mən, Astanada Hindistan istehsalı olan superkompüterli qabaqcıl texnologiyalar mərkəzinin açılışını edirəm...».
«Bizim əməkdaşlığımız təhlükəsizlik və müdafiə sahələrində də inkişaf edir. Energetika sektorunda ticarət də genişlənir. Bir qədər sonra Qazaxıstanda Hindistan investisiyalı ilk neft quyusunda qazma işlərini yekunlaşdıracağıq. Eyni zamanda, resursların idarə olunması və inkişafı istiqamətində sıx əməkdaşlıq etməkdə kosmik texnologiyalar sahəsində əldə etdiyimiz nailiyyətlərdən də istifadə edəcəyik»-deyə, Narendra Modi fikrini tamamlayıb.
AzPolitika.info


Şərhlər