Xarici KİV-in yaydığı məlumata görə, Bolqarıstan prezidenti Rosen Plevneliyev bəyan edib ki, onun ölkəsi Krımı Ukraynanın bir hissəsi hesab edir, Donetsk və Luqanskda keçirilmiş və nəticələrinə görə, bu vilayətlərdə «xalq respublikası» elan olunmuş referendumların nəticələrini heç vaxt tanımayacaq (İnterfaks.ru).
«Bolqarıstan respublikası Ukraynanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir. Krımın ilhaqı... beynəlxalq hüququ, Ukrayna Konstitusiyasını və 1994-cü ildə imzalanmış Budapeşt memorandumunu pozur. Bolqarıstan heç vaxt bu qeri-qanuni aktı tanımayacaq...». Cənab Plevneliyev bu fikirləri Ukrayna prezidenti Petro Poroşenko ilə çərşənbə axşamı Kiyevdə keçirdiyi birgə mətbuat konfransında səsləndirib.
Bolqarıstan prezidenti onu da bəyan edib ki, «Donetsk böhranı»nın həlli Minsk razılaşmasının yerinə yetirilməsi yolu ilə həyata keçirilməlidir: «Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları Minsk razılaşmasının yerinə yetirilməsi ilə əlaqəlidir. Bolqarıstan da sanksiyaları dəsətəkləyir və Avropa İttifaqı sanksiyalarının yerinə yetirilməsi üçün Ukraynaya dəstək verəcək...».
AzPolitika.info


Şərhlər