Menu

Ermənilər gecə atəşə başladı - FOTO

09.07.2015, 01:06
Ermənilər gecə atəşə başladı - FOTO

Ermənistan silahlı qüvvələri cəbhəyanı kəndləri və yaşayış məntəqələrini atəşə tutmağa davam edir.ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, qarşı tərəf gecə saatlarında Tərtərin təmas xəttinə yaxın yerləşən Qapanlı və Qaradağlı kəndlərini güləbaran edib.

Atılan güllələrdən bir neçəsi kənd sakini Mübariz Həsənova məxsus evin qapısına və avtomobilinə dəyib. Avtomobilin ön hissəsinə dəyən güllə səkərək şüşəni zədələyib.

Atışma zamanı Mübariz Həsənovun həyat yoldaşı və uşaqları evdə olub. Xöşbəxtlikdən xəsarət alan olmayıb. Kənd sakinlərinin sözlərinə görə, erməni silahlı birləşmələri son iki gün ərazində əsasən gecə saatlarında kəndi atəşə tutur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol