Menu

Neftin qiyməti qalxdı

09.07.2015, 02:32
Neftin qiyməti qalxdı

Dünya birjalarında neftin qiyməti qarışıq istiqamətlərdə irəliləyir. ANS PRESS-in məlumatına görə, birjalarda olan satışlar üzrə hesabat bunu göstərir. Belə ki,Bakı vaxtı ilə saat 23.05-də bir neçə gün baş verən əsaslı düşüşdən sonra, London birjasındaBrent markalı neftin qiyməti 0,35% qalxaraq barelinə 57,05 dollardan satılmağa başlayıb. Həmin vaxt isə Nyu-York birjasında WTI markalı neftin qiyməti 1,39% düşərək barelinə 51,60 dollardan satışa çıxarılıb.

Bundan əvvəl xəbər verilmişdi ki, strateji rezerv payını nəzərə almadan ABŞ neftinin kommersiya ehtiyatları 3 iyulda bağlanan həftə ərzində 0,1 faiz (0,4 milyon barel) artaraq 465,8 milyon barelə çatıb.

Ümumiyyətlə isə Qərb analitikləri hesab edir ki, neftin sürətlə ucuzlaşmasına səbəb İranın tamamilə "qara qızıl" bazarına qayıtması və Yunanıstandakı vəziyyət, o cümlədən Avrozonadan çıxma ehtimalının olmasıdır. Hadisələr birjalar üçün neqativ məcrada davam edərsə, birjaların cavabı da adekvat olacaq və bu gedişlə, yaxın perspektivdə neftin qiyməti düşəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol