Menu

Bakıda dəhşətli avtobus qəzası - 2 ölü, 12 yaralı (FOTOLAR)

10.07.2015, 14:00
Bakıda dəhşətli avtobus qəzası - 2 ölü, 12 yaralı (FOTOLAR)

Bakıda ağır yol qəzası baş verib.

Azpolitika.info-nun məlumatına görə, 8-ci kilometr qəsəbəsində, Qara Qarayev prospektində ("Ramal" Ticarət Mərkəzinin qarşısı) 15 saylı xətt marşrutu üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu yüksək sürət nəticəsində idarəetməni itirərək dayanacağa çırpılıb.

İlkin məlumata görə, 2 nəfər ölüb, 12 nəfər yaralanıb.

Səhiyyə Nazirliyindən saytına verilən məlumata görə, yaralıların 9-u 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib, onların 3-nə ambulator yardım göstərilib və evə buraxılıb. Digərlərinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerindən fotoları təqdim edirik.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol