Menu

“GENERALIN OĞLU ANAMI SÖYDÜ, ÖLÜMLƏ HƏDƏLƏDİ” – Qovulan polisdən ŞOK açıqlamalar

10.07.2015, 15:59
“GENERALIN OĞLU ANAMI SÖYDÜ, ÖLÜMLƏ HƏDƏLƏDİ” – Qovulan polisdən ŞOK açıqlamalar

Dünən generalın oğlunu saxladığına görə işdən çıxarılan yol polisi danışdı

“Vəzifəli şəxsin oğluyla nə mən bacardım, nə də qanun. Onun atası generaldır, mənim atam isə 2-ci qrup əlil”

Müdafiə Nazirliyinin Silahlı Qüvvələri Baş Qərargahının rəisi, general-polkovnik Nəcməddin Sadıqovun oğlunu qayda pozuntusuna görə saxlayan polisin ağır cəzalandırıldığı, işdən qovulduğu barədə

Cavanşir Qasımov onu işdən çıxartıranın Nəcməddin Sadıqovun kiçik oğlu Məmməd Sadıqov olduğunu bildirib. Məmməd Sadıqov Bakı Şəhər Vergilər Departamentinin rəis müavinidir. O, qayda pozuntusunu 10 NP 020 dövlət nömrə nişanlı “Range Rover” markalı maşınla törədib.

Qeyd edək ki, dünən xəbəri yayımlayandan sonra sonra DYP-nin şöbə rəisi, polkovnik Vaqif Əsədov sözügedən polis əməkdaşının işdən çıxarıldığını təsdiqləmişdi, amma o, C.Qasımovun general oğlunu saxladığı üçün deyil, işində nöqsanlara yol verdiyi səbəbindən işindən azad olunduğunu bildirmişdi.

Xatırladaq ki, oxşar hadisə ötən gün Şamaxı rayonunda da baş verib. Məlumata görə, bu günlərdə Şamaxıya gedən Kərəm Həsənovun avtomobili yerli yol polisləri tərəfindən saxlanılıb. Komitə sədrini tanımayan polislər onunla kobud danışıb. Kərəm Həsənov yol polisləri barədə DİN rəhbərliyinə şikayət edib. Bundan sonra Şamaxının yol polis rəisi Mübariz Fətəliyev işdən çıxarılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol