Əgər Qərb İranla onun atom proqramı ilə bağlı anlaşma imzalamaq istəyirsə, o zaman o, imzalanma günü silah embarqosu da daxil, bütün sanksiyaları aradan qaldırmalıdır.
Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, bu barədə İranın xarici işlər nazirinin müavini, “altılıq”la danışıqlarda nümayəndə heyətinin başçısı Ababs Arakçi bildirib.
“Hərgah, silah satışına qoyulmuş qadağa öz-özlüyündə Tehran üçün elə ciddi məhdudiyyət deyil, ancaq İranla anlaşma üçün bütün sanksiyalar götürülməlidir” – deyib Arakçi.
İran XİN başçısının müavininin sözlərinə görə, hələ ki, 10 mübahisəli məsələdən 7-ni razılaşdırmaq mümkün olmayıb. Onlardan da yalnız iki və ya üçü fundamental vacib məsələlərdir. Yerdə qalanlar - ikinci dərəcəli, “texniki xarakterlidir”.
Ümumilikdə tərəflər əsas anlaşma sənədi və əlavə 5 protokolun mətninin təxminən 96%-i haqda razılığa gəliblər.


Şərhlər