Menu

Rusiyadan kapital axını davam edir! - Yarım ildə 52,5 milyard dollar

10.07.2015, 20:32
Rusiyadan kapital axını davam edir! - Yarım ildə 52,5 milyard dollar

Rusiya KİV-nin yaydığı məlumata görə, Rusiya Federasiyası Mərkəzi Bankı (RF MB) xəbər verir ki, 2015-ci ilin birinci yarısında banklar və müəssisələr tərəfindən Rusiyadan çıxarılan kapitalın ümumi həcmi 52,5 milyard dollar təşkil edib. Məlumat MB saytında yer alıb (İnterfaks.ru).

2015-ci ilin ikinci rübündə ölkədən karital axını 20,0 milyard dollar həcmində qiymətləndirilir ki, bu da birinci rübdə olduğundan (32,5 milyard dollar) 38,5 faiz azdır.

Bundan əvvəl xəbər verilmişdi ki, RF Maliyyə Nazirliyi 2015-ci il ərzində ölkədən kapital axınını 70-80 milyard dollar civarında proqnoz edir ki, bu da MB və İqtisadi İnkişaf Nazirliyinin proqnozundan (90,0 milyard dollar) xeyli optimist gözləntidir.

2014-cü ilin yekunlarına görə, Rusiyadan təmiz kapital axını 154,1 milyard dollar təşkil edib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol